Balkon fasadın divar səthindən çıxan, məhəccərlə hüdudlanmış meydança, eyvan binaya bitişik və ya içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evi yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi, otaq fərdi yaşayış evinin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsidir.