Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələrinin və notariat ofislərinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində iş qurmaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatların mediada yayılmasını təşkil etmək, bu məqsədlə Nazirliyin internet saytından istifadə etmək və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası ilə bağlı Nazirliyin kollegiyasının qərarları, Nazirlik üzrə əmr və sərəncamlarla Baş idarəyə həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsini təmin etmək də bu vəzifələr sırasındadır.