Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin fəaliyyət istiqamətlərinə dini qurumlar istisna edilməklə digər qeyri-kommersiya qurumları və fiziki şəxslər tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə müqavilələrin qeydiyyata alınmasını, habelə ianələrin qəbul edilməsi barədə məlumatların qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsini həyata keçirmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin fəaliyyətini təşkil etmək, xaricdə istifadə məqsədilə müvafiq sənədləri rəsmiləşdirmək, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərində iştirak etmək, fəaliyyət istiqamətlərinə uyğun yaradılan informasiya resurslarının inkişaf etdirilməsində iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək də fəaliyyət istiqamətləri sırasındadır.