Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsi xərclərinin konvertasiya edilmədən xarici valyutada birbaşa icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Bunun icrası məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) müvəkkil banklarda valyuta ilə hesablaşma hesabları aça bilər. Əməliyyat gününün sonunda həmin hesabların qalıqları bu Qaydaya uyğun olaraq müvəkkil banklardan geri qaytarılır və xəzinə uçotunda nəzərə alınır.