Evin qrunt əsası və konstruksiyaları AzDTN 2.1-1-in tələblərinə görə müvafiq normativ yüklərə və təsirlərə hesablanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.

DÜİST 27751 üzrə evlərin etibarlılığının təmin edilməsi məqsədi ilə layihələndirmədə evin istismar şəraiti, ətraf mühitün təsiri və istifadə olunan materialların xüsusiyyətləri nəzərə alınmalıdır. Yüklərin əlverişsiz birləşməsini və ya onlara müvafiq qüvvələri nəzərə alan yüklərin normativ qiymətləri, konstruksiyanın əyintilərinin və yerdəyişmələrinin həddi qiymətləri, həmçinin yükə görə etibarlılıq əmsalları AzDTN 2.1-1-in tələblərinə müvafiq qəbul olunmalıdır.