Evin daxilində və ya ona bitişik tikilən yerləşgələrdə və həyətyanı sahədə sanitar norma və qaydalarına əsasən insan və ətraf mühit üçün təhlükəli elektromaqnit sahələri yaradan mənbələrin quraşdırılmasına, həmçinin ətraf mühitə zərərli, partlayış-yanğın təhlükəli amillərin təsir mənbəyi olan maddələrin saxlanılmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Evin yaşayış sahələrinin səs-küydən mühafizəsi tələbləri “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na cavab verməlidir.