Hava küləkli, dumanlı olacaq

31 Yanvar 2024, 14:51

Fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.

Fevralın 1-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.