Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına ədliyyə işçilərinin vahid məlumat bazasından (reyestrindən) insan resursları ilə işə dair müxtəlif hesabatların əldə olunmasını təmin etmək və aidiyyəti işçilərin məzuniyyətə buraxılması məsələləri və ezamiyyətə göndərilməsi ilə bağlı işləri aparmaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında aidiyyəti işçilərin şəxsi işlərinin hazırlanmasını, əmək kitabçalarının doldurulmasını, arxiv işlərinin, həmçinin digər kadr sənədlərinin qeydiyyatının aparılmasını, saxlanılmasını və onlarda olan məlumatların yayılmamasını təmin etmək də var.