İşlənmiş ərazilərdə bina və qurğuların hesablanmasına aid əsas tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmiş ərazilərdə tikinti üçün layihələndirilən bina və qurğuların konstruksiyaları aşağıdakı deformasiyalar nəzərə alınaraq DÜİST 27751-ə müvafiq birinci və ikinci qrup həddi hallar üzrə hesablanmalıdır:
- a) əsasın deformasiyası – işlənmədən onun şaquli və üfüqi yerdəyişmələri şəklində yaranır;
- b) qruntun deformasiyası – qurğudan ötürülən yüklərdən yaranır.