Kanalizasiya şəbəkəsi sahələri düzxətli döşənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Boruların çəkilmə istiqamətinin dəyişdirilməsi və sanitar-texniki cihazların birləşdirilməsi birləşdirici detalların (düz və çəp aparıcılar, üçlük və çarpazlar, muftalar və s.) köməyi ilə yerinə yetirilməlidir.
Su kənarlaşdırıcı üfüqi boru kəməri sahəsində mailliyin dəyişdirilməsinə yol verilmir.