Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin hüquqları sırasına hər ilin sonunda növbəti il üçün işçilərin nəzəri və peşə hazırlığının artırılmasına dair ehtiyacları müəyyən etmək məqsədilə Nazirliyin aparatının struktur bölmələrinə və müvafiq struktur qurumlarına sorğular göndərməklə onların rəyi əsasında, habelə dövlət proqramları, kollegiya qərarları və əmrlərlə verilmiş tapşırıqları təhlil etməklə təkliflər hazırlayaraq müvafiq siyahıları və mövzuları Nazirliyin Ədliyyə Akademiyasına təqdim etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu hüquqlar sırasında kadr məsələlərinin həlli ilə bağlı müəyyən olunmuş səlahiyyətlərin aidiyyəti vəzifəli şəxslər tərəfindən dürüst həyata keçirilməsinə nəzarət etmək və aşkar olunmuş pozuntuların aradan qaldırılması üzrə Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək də var.