Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında ədliyyə fəaliyyətini mediada, eləcə də sosial mediada işıqlandırmaq və ədliyyə sahəsində kommunikasiya fəaliyyəti ilə bağlı media subyektləri və ictimaiyyət ilə əlaqələri həyata keçirmək, bu sahədə Azərbaycan Respublikası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, eləcə də özəl sektor və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu vəzifələr sırasında ölkədə məhkəmə-hüquq sistemində aparılan islahatlar, ədliyyə sahəsində həyata keçirilən tədbirlər haqqında ictimaiyyətin məlumatlandırılmasını təmin etmək məqsədilə yerli və xarici media subyektlərini cəlb etmək də əksini tapıb.