Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin vəzifələri sırasında qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək və Nazirliyin sisteminə daxil olan qurumlar və məhkəmələr üzrə müvafiq sahədə innovativ inkişafla bağlı meyilləri təhlil etmək, tətbiqi ilə bağlı proqnozlar hazırlamaq və təkliflər vermək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin vəzifələr sırasında ədliyyə xidmətləri sahəsində transformativ texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək və tədbirlər görmək və Nazirliyin sisteminə daxil olan qurumların, məhkəmələrin təqdim etdiyi xidmətlərinin rəqəmsallaşdırılması və proaktiv təşkili ilə bağlı təkliflər vermək də əksini tapıb.