Anbar binalarının həndəsi parametrləri (aşırımların ölçüləri, sütunların addımı və mərtəbələrin hündürlüyü) texnologiyanın tələblərinə uyğun olaraq müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Mobil (inventar) binaların həndəsi parametləri isə  DÜİST 22853-ün tələblərinə müvafiq olmalıdır. Texnoloji, sanitariya və yanğın əleyhinə tələblərə zidd olmayan hallarda yüklərin saxlanılması, ekspedisiyası, qəbulu,  çeşidlənməsi və komplektləşdirilməsi üçün nəzərdə tutulmuş  anbar yerləşgələri,  həmçinin məişət, inzibati və digər yerləşgələr  bir binada cəmləşdirilməlidir.