Yerli şəraitə görə I kateqoriya nasos qurğularını iki müstəqil elektrik təchizatı mənbəyindən qidalandırmaq mümkün olmadıqda onları gərginliyi 0,4 kVt olan və bir mənbədən qidalanan iki müxtəlif xətlə iki transformatorlu yarımstansiyanın müxtəlif transformatorlarına birləşdirmək və ya yaxınlıqdakı iki birtransformatorlu yarımstansiyaların transformatorlarına birləşdirməklə (avtomatik ehtiyat girişi-ABP qoymaq şərtilə) qidalandırmağa yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Nasos qurğularının tələb olunan elektrik təchizatının etibarlılığının təminatı mümkün olmadıqda daxili yanma mühərriklərindən işləyən ehtiyat nasosların qoyulmasına yol verilir. Bu zaman onların zirzəmi otaqlarında yerləşdirilməsinə yol verilmir.