Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin rəis müavini Baş idarənin iş planının layihəsini hazırlayır, Baş idarənin əməkdaşlarını cəlb etməklə ümumiləşdirmələr aparır, statistik və digər hesabatları, arayışları hazırlayır və Baş idarənin rəisinə təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarə rəis müavini ona tapşırılmış sahədə işin düzgün təşkil və icra edilməsini təmin edir, Baş idarənin fəaliyyətinin təkmilləşdirilməsi üzrə Baş idarə rəisinə təkliflər verir, Baş idarənin rəisi vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini yerinə yetirir, peşə hazırlığının artırılması məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsi üçün öz üzərində çalışır və xidməti fəaliyyətlə bağlı Nazirliyin rəhbərliyinin və Baş idarə rəisinin digər tapşırıqlarını yerinə yetirir.