Suyun çənə bir boru ilə verilməsi və aparılması layihələndirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu halda verici borunun çənin aşağı hissəsinə birləşən qolunda əks klapan və bağlayıcı armatur nəzərdə tutulmalıdır.
Su-basqı çənində suyun səviyyə siqnalizasiyası olmadıqda diametri 15 mm olan və daşma borusundan 5 sm aşağıda çənə birləşdirilərək nasos qurğusu yerləşən növbətçi otağındakı çanağa qədər çəkilən siqnal borusu nəzərdə tutulmalıdır.