Xərclər üzrə maliyyə əməliyyatlarının aparılmasının sadələşdirilməsi məqsədilə bir sıra xərclər üzərində kassa məxaric əməliyyatlarının aparılmasında təsdiq səlahiyyətlərinin xüsusi proqram təminatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi üçün “Yaşıl dəhliz” sistemi yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
“Yaşıl dəhliz” sistemi tətbiq edilən xərclərin siyahısı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.