Yer səthinə metanın və digər zərərli qazların çıxmasına görə təhlükəli olan sahələrdə tikinti üçün bina və qurğuların layihələndirilməsi zamanı zərərli qazların yayılmasının mühafizəsi tədbirləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
AzDTN 2.3-4-ün tələblərinə müvafiq faydalı qazıntılar yatağının işlənilməsindən yaranan texnogen su altında qalma və subasmanın mümkün olduğu ərazilərdə tikinti aparıldıqda ərazinin mühəndis mühafizəsi nəzərdə tutulmalıdır. Ərazinin sualtında qalması və subasması proqnozu və müvafiq mühafizəsinin layihələndirilməsi ixtisaslaşmış təşkilatın rəyi əsasında həyata keçirilməlidir.