Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin hüquqları sırasına aidiyyəti işçilərin anket məlumatlarını yeniləmək, işçi barəsində məlumatlarda və sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, 10 iş günü müddətində həmin məlumatların Baş idarəyə təqdim olunmasını tələb etmək və dəyişiklikləri şəxsi işə əlavə etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu hüquqlar sırasında xidməti vəsiqənin (buraxılış vərəqəsinin) üzürlü səbəb olmadan vaxtında dəyişdirilməməsi, həmçinin itirilməsi, yararsız hala salınması və ya ondan sui-istifadə olunması hallarını araşdırmaq və nəticəsi üzrə zəruri tədbirlər görmək və fəaliyyət istiqamətləri üzrə normativ hüquqi akt layihələrini hazırlamaq, o cümlədən onlara dair təkliflər vermək də var.