Sosial şəbəkələrdə görüntüləri yayılan A.C-ın sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Heftelik.az-a bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.

Qeyd edək ki, A.C Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.

Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub, 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-q/əsd nəticəsində ö|dürülüb. Oğlu Nihad Cəlilovun  biznesmendir.

Ötən ilin iyulunda vergi borcunu ödəmədiyi üçün Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulması xəbəri də yayılmışdı. Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmışdı. Məlum olmuşdu ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunmuşdu.