Azərbaycan dövləti, gənclərə dəstək və diqqət göstərməklə özünə, öz gücünə, istedadına inam hissini artıran mühüm bir rola sahibdir. Dövlətin gəncləri hər tərəfli diqqət və qayğı ilə təmin etmə, təhsil və istedadın inkişafına nail olmaq üçün göstərdiyi xüsusi dəstəyin Azərbaycan gəncliyində yaradıcı, müstəqil düşüncəni və özünə inamı inkişaf etdirməkdəki nəticələri ölkəmizin parlaq üfüqlərindən xəbər verir.
Dövlətin Təhsil Sistemi və İstedadın İnkişafı prinsiplərinə əsaslanaraq əsasən ölkənin gənc kütləsinin təhsilə olan maraqlarının dövlət dəstəyi ilə əhatə olunması təqdirəlayiqdir. Ölkəmizdə hər zaman təhsil sahəsində əlavə tədbirlər və proqramlar təşkil edilərək gənclərin istedad və bacarıqlarını inkişaf etdirməsinə nail olunur. Müasir təhsil metodları və texnologiyalar, gəncləri müstəqil düşüncə və yaradıcılıq üçün təşviq edir və beləliklə bu proses onların öz gücünə və istedadlarına olan inamlarını artırır. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək : “ Təhsil millətin gələcəyidir.”
Dövlətin tərəfdarlığı sayəsində, Azərbaycan gəncliyi əmək bazarında müvəffəqiyyətlə öz yerini tapmağa nail olur. Təhsil sistemində tətbiq edilən yeniliklər, sürətli informasiya mübadiləsi və avtomasiya, gənclərə yeni iş imkanları və bacarıqların inkişafı üçün geniş perspektiv açır. Bu, gənclərin öz gücünə olan inamını artırır və onları iş dünyasında müstəqil fəaliyyət göstərməyə təşviq edir. Yüksək, dövlət əhəmiyyətli vəzifələrdə, ən ali tribunalarda gənc kadrlara yer verilməsi Azərbaycan gəncliyinə olan inamın bariz nümunəsidir. Həmçinin gənc nəslin sosial İnkişafının təminatı üçün atılan taleyüklü addımlar bu gün Azərbaycan gəncinə daha uğurlu gələcək vəd edir. Dövlətin təmin etdiyi gənclərə dəstək, sosial inkişaf onlara məsuliyyət hissi baxımından da təsir göstərir. Gənclər tərəfdaşlığa nail olduğu zaman, onlar özlərini cəmiyyətdə faydalı üzvlər kimi görür və özləri üçün vətəndaş kimi məsuliyyət daşımağa səy göstərirlər.
Bu məsələlərin qarşılıqlı təsiri nəticəsində, dövlətin gənclərə dəstək və diqqət göstərməsi, Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini əhatə etməklə yanaşı gəncləri öz potensiallarını maksimuma çıxarmağa və müstəqil fəaliyyət göstərməyə təkan verir.
Hər bir xalqın millətin əsas və hərəkətverici qüvvəsi gənclərdir. Deməli, inteqrasiya və inkişaf gənclərlə bir addımlayır. Öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə xüsusi önəm verməlidir. Elə buna görə də Ulu Öndər Heydər Əliyev gənclərin milli vətənpərvər ruhda tərbiyəsini, yüksək təhsil alması məsələsini ölkə siyasətinin ən prioritet məsələlərindən biri olaraq qəbul edib. Dahi rəhbərin sözləri ilə təsdiqləsək: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
Əsası Ulu Öndər tərəfindən qoyulan cənab prezidentimiz İlham Əliyev və l vitse prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən davam etdiriləm monolit bünövrəli gənclər siyasətinin gözoxşayan nəticəsi olan savadlı, təhsilli, dünyagörüşlü Azərbaycan gəncliyi Vətənini təkcə ölkə daxilində deyil hətta ölkə hüdudlarından kənarda, ən böyük siyasi tribunalarda layiqincə təmsil edir. Bu gün bu siyasətin vətənpərvər, öz tarixi torpaqlarımın, taleyinin sahibi olduğunu anlayan gənclik nəinki düşmənə hətta dünya hərbinə meydan oxudu. Şuşaya yalın əllə dırmanan, Füzulidə, Laçında o cümlədən, bütün işğal edilmiş torpaqlarımızda 3 rəngli bayrağımızı fəxarətlə dalğalandıran, öz torpağı uğrunda düşünmədə şəhid olaraq Xocalı, 20 Yanvar, 31 Mart şəhidlərinin ruhuna rahatlıq gətirən bu gənclik müharibənin özündən sonrakı nəsillərə xoşagəlməz irs kimi ötürülməsinə icazə vermədi. 44 günlük Vətən müharibəsinin sevincini qürurunu 10 milyon ürəyə sığdıra bilməyən bu gənclik, 44 günün yekununu 2 sözə sığdırdı: Qarabağ Azərbaycandır!
Jalə Eyvazova
Azərbaycan Dillər Universiteti