Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin fəaliyyət istiqamətləri sırasında ədliyyə sahəsində insan hüquq və azadlıqlarının təmin edilməsini və müdafiəsini həyata keçirmək, monitorinq və təhlillərin aparılmasında, pozulmasının qarşısının alınması ilə bağlı tədbirlərin görülməsində iştirak etmək və ədliyyə sahəsində insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində yerli və beynəlxalq qurumlarla, qeyri-hökumət hüquq müdafiə təşkilatları ilə əməkdaşlığı həyata keçirmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin fəaliyyət istiqamətləri sırasında Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinin qorunması ilə bağlı tədbirlərin görülməsini təmin etmək, ədliyyə sahəsində kommunikasiya və sosial media siyasətinin icrasını təmin etmək, bu sahədə Nazirliyin sisteminə daxil olan qurumlarla, media subyektləri və ictimaiyyətlə, habelə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə, eləcə də özəl sektor və beynəlxalq təşkilatlarla fəaliyyəti koordinasiya şəklində həyata keçirnək və hüquqi maarifləndirmə işini təşkil etmək də yer alıb.