İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.

Xəzinə hesablarının qalıqlarını təşkil edən vəsaitlərin növbəti ildə istifadəsinə imkan verən hüquqi akt mövcud olduqda, yalnız həmin vəsaitlərin köçürülməsi üzrə maliyyə əməliyyatları aparılmır.

İlin  sonunda xəzinədarlıq orqanlarının uçotunda olan kreditor və avans qalıqları növbəti ilə keçirilir, ilin əvvəlinə ilkin kreditor və avans qalığı kimi göstərilir. Növbəti ilə keçirilmiş kreditor borclar üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.