Məcburi və könüllü dövlət genom qeydiyyatının aparılması məqsədilə daxil olmuş bioloji materialın DNT analizi aparıldıqdan sonra əldə olunmuş DNT profili elektron formada DİN KTİ tərəfindən DNT məlumat bankına daxil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

DNT profilləri DNT məlumat bankına daxil edildikdə avtomatlaşdırılmış müqayisəli eyniləşdirməsi aparılır.