Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına Nazirliyin ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqə, attestasiya, ixtisas, “Əmək veteranı”, “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” adlarının və vəsiqələrin verilməsi, ədliyyə işçilərinin qulluq stajının hesablanması və qulluq keçmə məsələləri ilə bağlı digər komissiyalarının fəaliyyətindən irəli gələn işləri aparmaq daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Bu vəzifələr sırasında dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi) üçün, habelə səfərbərlik hazırlığı ilə bağlı Nazirliyin aidiyyəti qurumu ilə birlikdə lazımi işləri aparmaq və notarius vəzifəsinə qəbulun həyata keçirilməsində iştirak etmək və rəsmiləşdirilməsi ilə bağlı işləri yerinə yetirmək də var.