Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin vəzifələri sırasında Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun müvafiq elektron xidmətləri qanunvericiliyin tələblərinə uyğun təşkil etmək və dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin vəzifələr sırasında Nazirliyin sisteminə daxil olan qurumlarda, məhkəmələrdə rəqəmsal hazırlıq səviyyəsini müəyyənləşdirmək və Nazirliyin sisteminə daxil olan qurumlarda və məhkəmələrdə rəqəmsal texnologiyalardan istifadə imkanlarının artırılması üçün tədbirlər görmək də əksini tapıb.