Soyuq su təchizatı sistemlərinin nasos qurğuları, isti su təchizatı sistemlərinin sirkulyasiya və sirkulyasiya-gücləndirici nasosları yerli, məsafədən və ya avtomatik idarəetmə ilə layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Gücləndirici nasos qurğularının avtomatik idarə edilməsində aşağıdakılar nəzərdə tutulmalıdır:
– sistemdə tələb olunan təzyiqdən asılı olaraq tezlikli-tənzimlənən dəyişdirici ilə işçi nasosların avtomatik işə salınması və dayandırılması;
– işçi nasosun qəza dayanması zamanı ehtiyat nasosun avtomatik işə salınması;
– işçi nasosun qəza dayanması barədə səs və ya işıq siqnalının verilməsi.
Məsafədən və avtomatik idarəetmə idarəetmənin dispetçer qovşağından həyata keçirilməlidir.