Təşkilatın xarici valyutada olan xərclərinin həyata keçirilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) kassa məxaric əməliyyatlarını milli valyutada aparmaqla həmin əməliyyatlar üzrə vəsaitləri müvəkkil banklarda açılmış hesablaşma hesablarına köçürür.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Müvəkkil banklara milli valyutada daxil olmuş vəsaitlər təşkilatın ödəniş tapşırığı əsasında onun xərclərinin aparılmasını tələb edən valyuta növünə konvertasiya edilir və müvəkkil banklar tərəfindən aidiyyəti üzrə köçürülür.