Hidropnevmatik çənlər suverici, suaparıcı və suburaxıcı borularla, həmçinin qoruyucu klapanlar, manometr, səviyyə göstəriciləri və hava ehtiyatını bərpa edən və tənzimləyən qurğularla təchiz edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Hidropnevmatik çənlərin üstündən yerləşdikləri otaqların tavanına qədər məsafə, eləcə də çənlər arasında və çənlərdən divarlara qədər olan məsafə  0,6 m-dən az olmamalıdır.