Əgər dik borunun üfüqə görə yerdəyişmədən aşağıda yerləşən sahəsi ventilyasiyasız işləyə bilərsə, həmçinin ventilyasiya boru kəməri, vakuum əleyhinə ventilyasiya klapanı və s. quraşdırılarsa, bu halda, kanalizasiya dik borularında üfüqə görə yerdəyişmələrin qurulmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Otaqların tavanları altında, zirzəmilərdə və döşəməaltı texniki kanallarda yerləşmiş aparıcı boru kəmərlərini kanalizasiya dik borusuna birləşdirmək üçün, çəp çarpazlar və üçlüklər nəzərdə tutulmalıdır. İkimüstəvili çarpazlar istisna təşkil edir.