Tək dik borunun sorucu hissəsinin diametri borunun axım hissəsinin diametrinə bərabər olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bir qrup dik boru bir sorucu hissə ilə birləşdikdə bu hissənin diametri və yığma boru kəmərinin hissələrinin diametri birləşdirilən qrupdakı dik boruların ən böyük diametrinə bərabər qəbul edilməlidir. Yığma ventilyasiya boru kəmərlərinin sahələri kondensatın axımını təmin etmək üçün dik borular istiqamətində mailliklə döşənməlidirlər. İsidilməyən çardaqlarda birləşdirilən boru kəmərləri istilik izolyasiyası ilə örtülməlidir.