Konstruksiyaların daimi, uzunmüddətli, işlənmənin mümkün qısamüddətli yüklərindən və seysmik təsirlərindən ibarət olan xüsusi yük birləşmələrinə hesablanması yüklərin ən əlverişsiz birləşmələrinə aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmədən təsirlərin mümkün birləşmələrinə aşağıdakılar daxildir:
- a) dartılmada nisbi üfüqi deformasiya müsbət , qabarıqlıq əyriliyi müsbət , maillik i ;
- b) sıxılmada üfüqi deformasiya mənfi , çöküklük əyriliyi mənfi , maillik i ;
- c) yer səthində çıxıntı (çıxıntının hündürlüyü h) və ona müvafiq üfüqi deformasiya və maillik i ;
Yer səthinin (əyriliyinə) tədrici şaquli deformasiyalarında bu yarımbəndin a və b abzaslarındakı deformasiya birləşmələri, pilləvari deformasiyalarında (çıxıntıda) isə c abzasında göstərilən deformasiya birləşmələri nəzərə alınmalıdır.
Yerdəyişmə muldasının fəza xarakterini nəzərə almaq zəruri olduqda əlavə olaraq burulma deformasiyası s və əyrilmə nəzərə alınmalıdır.