Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Bayıl qəsəbəsində, “Jurnalistlər binası”nın qarşısından keçən yolda qeydə alınıb.

Yük maşını yolu keçən piyadanı vurub. Əraziyə polis əməkdaşları cəlb edilib.

TƏBİB-dən bildirilib ki, fevralın 1-də saat 06:26 radələrində Bibiheybət yolu ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub.  Dərhal hadisə yerinə 1 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində bir nəfər qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.