Lociya xarici məkana açıq, üç tərəfdən divarla bağlanmış (künc hissədə iki tərəfdən), dərinliyi otaqların təbii işıqlandırılması tələblərinə uyğun, döşəməsi otağın döşəməsinin davamı olan xarici divara bitişik sahədir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Dəhliz fərdi yaşayış evində girişlə (və ya soyuq tamburla) bitişik yerləşən, yaşayış otaqlarına (otağa) və ya yardımçı sahələrə keçid funksiyası daşıyan yardımçı yerləşgədir.