Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında qanunla müəyyən olunmuş qaydada ictimai informasiyanı açıqlamaq, əldə olunması qanunla məhdudlaşdırılan informasiyaların qorunması üzrə Nazirliyin sisteminə daxil olan qurumlarla əlaqəli surətdə tədbirlər görmək və ədliyyə orqanları işçilərinin xidməti fəaliyyəti ilə bağlı təhrif və böhtan xarakterli məqalə və yazılara təkzib hazırlamaq, real vəziyyət barədə ictimaiyyətdə aydın təsəvvür yaratmaq, işçilərin müsbət xidməti fəaliyyətini mediada işıqlandırmaq, onların iş təcrübəsini yaymaq var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu vəzifələr sırasında mediada ədliyyə orqanları ilə bağlı yayılan informasiyalar üzrə ümumiləşdirmələr və təhlillər aparmaq, gündəlik məlumatlar hazırlayıb Nazirliyin rəhbərliyinə və aidiyyəti qurumlara təqdim etmək, həmin məlumatlarla bağlı Nazirliyin rəhbərliyinin göstərişlərinin icrasını təşkil etmək də əksini tapıb.