Faydalı qazıntıların işlənməsi nəticəsində və ya faydalı qazıntı yataqlarının işlənməsindən asılı olmayan səbəblərdən əmələ gələn texnoloji təhlükəli proseslərin yaranması mümkün olan ərazilərdə tikinti aparıldıqda DTN 2.03-02-nin tələblərinə müvafiq ərazinin mühəndis mühafizəsi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Təhlükəli geoloji proseslərin əraziyə təsirinin ehtimal olunan proqnozu və ərazinin mühafizəsinin müvafiq layihələndirilməsi ixtisaslaşmış təşkilatın rəyi əsasında həyata keçirilməlidir.