“Məişət zorakılığının qarşısının alınması haqqında” 50 qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Avropadan, xaricdən fondlar kütləvi pullar buraxır ki, Azərbaycanda insanların əxlaqını pozsun: “Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda elə bil it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub onun qardaşıyla qaçır. Bunlar istisna hallardır. Amma bu, təbliğatdır. Baxanlar deyir ki, mən niyə etməyim?! Bunun qarşısı alınmalıdır”.