Azərbaycan respublikasının gəncləri vətənpərvərlik ruhu altında nəfəs alaraq böyüyürlər. Bəli, bu anlayış özünü hər məna ilə doğrulda bilir. Gəlin nəzər yetirək. Biz Respublikamız yaranandan bəri vətənimizin bütövlüyü uğuruna qocalı-cavanlı mübarizə aparmışıq. Və bunu davam etdirərək hal hazırda bütöv bir Azərbaycanıq. Hal hazırda Gənclərimizin iştirakı ilə baş tutan neçə-neçə təşkilatlar, forumlar var. Onların idarə heyəti sırf Gənclərimizdən ibarətdir. Prezidentimizin gənclərə olan güvəni sonsuzdur. Buna görə də Gənclərimiz daim irəlidə qalib olmağı bacara bilirlər. Vətənpərvərlik amili çox önəmli nəsnədir. Bu amil dövlətin iqtisadiyyatına, varlığına bir başa təsir göstərə bilib onu müsbət və ya mənfi yöndə dəyişdirə biləcək bir qüvvədir. Nəzər yetirsək, bizdə bu amilin daşıyıcıları və qoruyucuları Azərbaycan Gəncliyidir. 2Fevral da sırf Gənclərimizin günüdür. Tək bir gün deyil, yaşanan hər gün onlara ərmağan olunub. Sadəcə, bu gün ilə onlara status verilir. Azərbaycan Gəncliyi özünü hər sahədə doğruldacaq Azərbaycan bayrağını daim ucalarda dalğalandırmaq naminə çalışır. Və bunu bacarır. Bəzən belə fikirlərə də rast gələ bilirik .Təcrübə gənclikdə deyil. Bu daha çox yaşlı nəslə xitab edən fikirdir. Amma düşünsək, görərik ki, təcrübə hər zaman hər bir nüans haqqında məlumatlı olmaq deyil, baş vermiş situasiyadan alnı açıq çıxmağı bacarmaqdır bəzən də. Bunun da kateqoriyası yoxdur. Gənclik də bunu bacara bilir. Hətta Daim Qalib xalqı qalıb dövləti qoruyan da gəncliyimiz idi. Unutmayaq bunu da. O canından keçən Gəncliyimiz olmasaydı, vətənpərvərlik amili o damarlarda axmasaydı, biz bu gün bütöv Azərbaycan sözünü hələdə işlədə bilməyəcəkdik. Biz Hər birimiz Gəncliyimizə, Azərbaycan gənclərinə çox şey borcluyuq. Allah Bütün Gəncləri var eləsin. Vətənpərvərlik amili daim o gənc damarlarda axmağa davam etsin!….
Nərmin Xanbutayeva
Azərbaycan dillər Universiteti