Anbar binalarının odadavamlılıq dərəcəsi, konstruktiv yanğın təhlükəliyi sinfi, yanğın bölməsinin hüdudlarında binanın hündürlüyü və mərtəbənin sahəsi cədvəl 1 üzrə qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Qonşu mərtəbələrin örtüklərində açıq texnoloji boşluqlar olduqda bu mərtəbələrin sahələrinin cəmi cədvəl 1-də verilən mərtəbə sahəsini aşmamalıdır.
Anbar yerləşgələri avtomatik yanğınsöndürən qurğularla təchiz edildikdə, IV dərəcəli odadavamlı binalar (CO, C1, C2 və C3 sinifli) istisna olunmaqla, Cədvəl 1-də göstərilən mərtəbələrin sahəsinin 100% artırılmasına yol verilir.
Anbarlar istehsalat binalarında yerləşdikdə yanğın bölməsinin hüdudlarında anbar yerləşgəsinin mərtəbə sahəsi və onların hündürlüyü (mərtəbələrin sayı) cədvəl 1-də göstərilənlərdən çox olmamalıdır.
Cədvəl 1-də binaların odadavamlılıq dərəcəsi və yanğın təhlükəliyi sinfi göstəriciləri arasındakı uyğunluq nəzərə alınmaqla, anbar binalarının və yerləşgələrinin kateqoriyaları və yanğın bölmələri üçün normalar müəyyən olunmuşdur. Bu cədvəldə nəzərdə tutulmayan digər hallarda binanın mərtəbəsinin sahəsi və hündürlüyü müvafiq kateqoriyalı binanın ən aşağı göstəricilərinə görə qəbul edilir və ya DTN 2.02-01-in 1.6-cı bəndi ilə müəyyən olunmuş qaydada razılaşdırılır.
Cədvəl 1
Anbar binaları və yerləşgələrinin kateqoriyaları | Binanın hündürlüyü*, m | Binanın odada-vamlılıq dərəcəsi | Binanın konstruktiv yanğın təhlükəliyi sinfi | Binanın yanğın bölməsi hüdudlarında mərtəbənin sahəsi, m2 | ||
birmərtə-bəli | ikimərtə-bəli | çoxmər-təbəli | ||||
A | – | I,II | CO | 5200 | – | – |
– | III | CO | 4400 | – | – | |
– | IV | CO | 3600 | – | – | |
– | IV | C2,C3 | 75** | – | – | |
B | 18 | I,II | CO | 7800 | 5200 | 3500 |
– | III | CO | 6500 | – | – | |
– | IV | CO | 5200 | – | – | |
– | IV | C2,C3 | 75** | – | – | |
C | 36 | I,II | CO | 10400 | 7800 | 5200 |
24 | III | CO | 10400 | 5200 | 2600 | |
– | IV | CO,C1 | 7800 | – | – | |
– | IV | C2,C3 | 2600 | – | – | |
– | V | Normalaş-dırılmır | 1200 | – | – | |
E | Məhdudlaşdı-rılmır | I,II | CO | Məhdud-laşdırıl-mır | 10400 | 7800 |
36 | III | CO,C1 | ÷ | 7800 | 5200 | |
12 | IV | CO,C1 | ÷ | 2200 | – | |
– | IV | C2,C3 | 5200 | – | – | |
9 | V | Normalaş-dırılmır | 2200 | 1200 | – | |
*Bu cədvəldə binanın hündürlüyü texniki mərtəbə daxil olmaqla 1-ci mərtəbənin döşəməsindən yuxarıdakı mərtəbənin tavanına qədər ölçülür; tavanın hündürlüyü dəyişən olduqda, mərtəbənin orta hündürlüyü qəbul olunur. I, II və III dərəcəli odadavamlı, konstruktiv yanğın təhlükəliyi sinfi CO olan birmərtəbəli binaların hündürlüyü normalaşdırılmır. IV dərəcəli odadavamlı, konstruktiv yanğın təhlükəliyi sinifləri CO və C1 olan birmərtəbəli binaların hündürlüyü 25 m-dən, C2 və C3 sinifləri üçün isə 18 m-dən çox qəbul olunmamalıdır (döşəmədən dayaqda örtüyün yükdaşıyan konstruksiyasının aşağı hissəsinə qədər). ** Mobil binalar. |