Yardımçı tikililər belə olur

02 Fevral 2024, 12:00

Yardımçı tikililər fərdi yaşayış evinin sakinlərinin təsərrüfat-məişət ehtiyaclarının ödənilməsi məqsədilə nəzərdə tutulan tikililər (qaraj, anbar, talvar, yay mətbəxi, su quyusu, hovuz, istixana və s) sayılır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Həyətyanı torpaq sahəsi fərdi yaşayış evinə bitişik və ona bilavasitə çıxışı olan torpaq sahəsi, terras – fərdi yaşayış evinə bitişik məhəccərlə hüdudlanmış açıq meydança və ya aşağı mərtəbənin damında yerləşdirilmiş meydança, çardaq sonuncu mərtəbə örtüyü ilə evin dam örtüyü və sonuncu mərtəbə örtüyündən yuxarıda olan xarici divarlar arasındakı məkan, evin mərtəbəsi evin mərtəbəarası örtüyün üstündən (və ya qrunt üzrə döşəmədən) yuxarıda yerləşən mərtəbəarası örtüyün (dam örtüyünün) üstünə qədər aralıqda olan hissəsidir.