Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Heftelik.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şəmkirdə baş verən güllələnmənin bəzi təfərrüatları da məlum olub. APA-nın xəbərinə görə, güllələn Zabil Aslanov 2022-ci ildə hadisəni törədən qardaşların atalarını döyüb. Bu məqsədlə Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı intiqam almağa qərəra gəliblər. Ötən gün axşam saatlarında Bayramlı qardaşları əvvəlcə Zabil Aslanovun idarəetdiyi “KİA” markalı avtomobilə atəş açıb, sonra isə qardaşlardan Babək Bayramlı əlindəki dəmir parçası ilə avtomobilin şüşəsini sındırıb.
Qeyd edək ki, Zabit Aslanov bir neçə güllə yarsı ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Vəziyyəti ağır olduğundan xəstə Gəncədə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.