Polşada itkin düşmüş azərbaycanlı Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, cəsəd tanınmaz haldadır və yalnız geyimindən müəyyən edilib ki, Adilə Mehdiyevaya aiddir. Yekun analizlərdən sonra isə tam dəqiq məlumat paylaşılacaq.
Qeyd edək, Adilə Mehdiyeva 1.5 ay öncə 2 aylıq övladı ilə birlikdə itkin düşüb.