Şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər və naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin 80 ildən çox olmamaqla) saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət, o cümlədən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər haqqında məlumatlar onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək DNT Məlumat Bankında saxlanılır.