Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aydınlıq gətirilib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ var:
– məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;
– qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
– qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək;
– qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.