İstanbulda işgüzar səfərdə olan bəstəkar Cavanşir Quliyev ağır vəziyyətdə Türkiyədə xəstəxanaya yerləşdirilib.

Heftelik.az-ın məlumatına görə, Cavanşir Quliyevin bu gün səhər saatlarında halı pisləşib.

Rejissor Ramiz Həsənoğlu isə APA-ya açıqlamasında deyib ki, deyəsən, bəstəkarın beyninə qan sızıb: “Şəhər xəstəxanalarının birindədir. “Acıbadem” xəstəxanasına köçürülməsi gözlənilir”.