İstismar olunan bina və qurğuların geotexnik mühafizə tədbirlərinə nələrin aid olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

İstismar olunan bina və qurğuların geotexnik mühafizə tədbirlərinə aşağıdakılar aiddir:

  1. a) əsas qruntunun inşaat xassələrini pisləşmədən qoruyan tədbirlər;
  2. b) əsasın deformasiyalarının azaldılması məqsədilə qruntların tikinti xassələrinin tamamilə dəyişməsinə istiqamətlənmiş tədbirlər və onların dağ süxur massivinin yerdəyişməsinə uyğunlaşdırılması;
  3. c) bina və qurğuların bünövrələrinin gücləndirilməsi;
  4. d) bina və qurğulardan yüklərin aşağıda yerləşən qrunt laylarına ötürülməsi;
  5. e) bina və qurğuların qrunt əsaslarının dağ-mədən qazmalarından və buruq quyularından aralarında bölücü divarlar yerləşdirməklə ayrılması;
  6. f) bünövrələrin dabanı altından qruntların qazılıb çıxarılması yolu ilə bina və qurğuların düzəldilməsi və qeyri-bərabər çökmələrin azaldılması, qruntun məhdud həcminə bərkiyən məhlulların təzyiqlə inyeksiyası (kompensasiyalı təzyiqlə vurulma);
  7. g) əsasın üfüqi deformasiyalarından yaranan qüvvələrin azaldılması üçün müvəqqəti kompensasiyalı xəndəklərin açılması və s.