Fitosanitar karantin ekspertizasının aparılması üçün nümunə götürülmüş fitosanitar nəzarətinə aid olan mallar yalnız ekspertiza rəyinin nəticələri müsbət olduğu halda istifadə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Ekspertiza başa çatana qədər məhsul ilkin qablaşdırma materialında və zərərli orqanizmlərin yayılması istisna ediləcək şəraitdə, digər yerlərə daşımamaq və realizə etməmək şərti ilə gömrük orqanları ilə razılaşdırmaqla fitosanitar nəzarəti məntəqələrində, yaxud idxalatçıya məxsus və ya onun icarəsində olan digər anbarda saxlanıla bilər.