Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına daxil edilmiş zərərli orqanizmlərlə sirayətlənmiş meyvə və giləməyvələrin ölkə ərazisinə idxalına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Meyvə və giləmeyvələrə qoyulan xüsusi fitosanitar tələblər cədvəl 4-də qeyd edilmişdir.
Cədvəl 4
Meyvə və giləmeyvələrə qoyulan xüsusi fitosanitar tələblər
№ | Karantin nəzarətində olan malın növü (XİF MN üzrə kodla) | Xüsusi fitosanitar karantin tələbləri |
1 | Banan (Musa spp.), o cümlədən plantayn, təzə
0803 10 100 0 0803 90 100 0 | Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata), şərq meyvə milçəyi (Bactrocera dorsalis) və qara sitrus ağqanadlısından (Aleurocanthus woglumi) azad olmalıdır. |
2 | Avokado (Persea americana), quayyava (Psidium guajava), manqo (Mangifera), təzə
0804 40 000 0-dan 0804 50 000 0-dan | Şərq meyvə milçəyi (Bactrocera dorsalis), şərq yemiş milçəyi (Bactrocera cucurbitae) və Aralıq dənizi meyvə milçəyindən (Ceratitis capitata) azad olmalıdır. |
3 | Barmaqvari finik və ya xurma da daxil olmaqla palmakimilər (Arecaceae) fəsiləsinə aid olan bitkilərin meyvələri, habelə əncir, ananas, manqostan və ya qarsiniya (təzə və ya qurudulmuş)
0804 20 100 0 0804 20 900 0 0804 30 000 0 0804 50 000 0–dan | Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata), şərq meyvə milçəyi (Bactrocera dorsalis) və şərq yemiş milçəyindən (Bactrocera cucurbitae) azad olmalıdır. |
4 | Sitrus meyvələri (təzə)
0805 10 200 0 0805 10 800 0-dan 0805 21 000 0-dan 0805 22 000 0-dan 0805 29 000 0-dan 0805 40 000 0-dan 0805 50 100 0-dan 0805 50 900 0-dan 0805 90 000 0-dan
| Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata), şərq meyvə milçəyi (Bactrocera dorsalis), qara sitrus ağqanaqlısı (Aleurocanthus woglumi), tüklü ağqanadlı (Aleurothrixus floccosus), şərq sitrus qalxanlı yastıcası (Unaspis yanonensis), şərq unlu yastıcası (Pseudococcus citriculus), böyük naringi milçəyi (Bactrocera minax) və sitrus bitkilərinin xərçəngindən (Xanthomonas campestris pv. citri) azad olmalıdır. Məhsulun sitrus bitkilərinin xərçənginin (Xanthomonas campestris pv. citri) rast gəlindiyi ölkələrdən idxalı zamanı fitosanitar sertifikatda aşağıdakı qeyd olunmalıdır: “Sitrus bitkilərinin xərçəngindən (Xanthomonas campestris pv. citri) azad istehsal yeri və (və ya) sahəsində istehsal edilmişdir.” |
5 | Üzüm (təzə)
0806 10 100 0 0806 10 900 0
| Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata), Asiya giləmeyvə drozofilası (Drosophila suzukii), şərq meyvə milçəyi (Bactrocera dorsalis) və sarı sarmaşıqdan (Cuscuta spp.) azad olmalıdır. |
6 | Papaya (Carica papaya) (təzə) 0807 20 000 0
| Şərq meyvə milçəyi (Bactrocera dorsalis) və Aralıq dənizi meyvə milçəyindən (Ceratitis capitata) azad olmalıdır. |
7 | Alma (Malus spp.), armud (Pyrus spp.) və heyva (Cydonia Mill.) (təzə)
0808 10 100 0 0808 10 800 0 0808 30 100 0 0808 30 900 0 0808 40 000 0 | Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata), şərq meyvəyeyəni (Grapholita molesta), şaftalı meyvəyeyəni (Carposina sasakii), Asiya giləmeyvə drozofilası (Drosophila suzukii), şərq albalı milçəyi (Rhagoletis cingulata), qonur monilioz çürümə (Monilinia fructicola), şərq meyvə milçəyi (Bactrocera dorsalis), armud odlucası (Numonia pyrivorella), albalı meyvəyeyəni (Cydia packardi), meyvə uzunburnu (Conotrachelus nenuphar), komstok yastıcası (Pseudococcus comstocki) və alma milçəyindən (Rhagoletis pomonella) azad olmalıdır. Məhsulun qonur monilioz çürümə (Monilinia fructicola) xəstəliyinin rast gəlindiyi ölkələrdən idxalı zamanı fitosanitar sertifikatda aşağıdakı qeyd olunmalıdır: “Məhsul qonur monilioz çürümə (Monilinia fructicola) xəstəliyindən azad istehsal yeri və (və ya) sahəsində istehsal edilmişdir.” |
8 | Ərik, albalı və gilas, şaftalı (nektarin daxil olmaqla), gavalı və göyəm (Prunus spp.) (təzə)
0809 10 000 0 0809 21 000 0 0809 29 000 0 0809 30 100 0 0809 30 900 0 0809 40 050 1 0809 40 050 9 0809 40 900 0
| Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata), şərq meyvəyeyəni (Grapholita molesta), şaftalı meyvəyeyəni (Carposina niponensis), Asiya giləmeyvə drosofilası (Drosophila suzuki), alma milçəyi (Rhagoletis pomonella), qonur monilioz çürümə (Monilinia fructicola), şərq meyvə milçəyindən (Bactrocera dorsalis) azad olmalıdır. Məhsulun qonur monilioz çürümə (Monilinia fructicola) xəstəliyinin rast gəlindiyi ölkələrdən idxalı zamanı fitosanitar sertifikatda aşağıdakı qeyd olunmalıdır: “Məhsul qonur monilioz çürümə (Monilinia fructicola) xəstəliyindən azad istehsal yeri və (və ya) sahəsində istehsal edilmişdir. |
9
| Nar (Punica spp.) (təzə) 0810 90 750 1
| Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata), qara sitrus ağqanaqlısı (Aleurocanthus woglumi) və Komstok yastıcasından (Pseudococcus comstoki) azad olmalıdır. |
10 | Qaragilə (Vaccinium spp.), cır mərsin (Vaccinium uliginosum) və mərcangilə (Vaccinium vitis-idaea) (təzə)
0810 40 100 0 0810 40 300 0 0810 40 900 0-dan | Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata), Asiya giləmeyvə drozofilası (Drosophila suzukii) və palma tripsindən (Trips palmi) azad olmalıdır. |
11 | Çiyələk (Fragaria) (təzə) 0810 10 000 0 | Asiya giləmeyvə drozofilası (Drosophila suzukii), qərb çiçək tripsi (Frankliniella occidentalis) və çiyələyindən antraknozundan (Colletotrichum acutatum) azad olmalıdır.
|
12 | Digər meyvələr, təzə (təzə nar, qaragilə, cır mərsin, mərcangilə və çiyələk istisna olmaqla)
0810 20 100 0 0810 20 900 0 0810 30 100 0 0810 30 300 0 0810 40 500 0 0810 40 900 0-dan 0810 50 000 0 0810 60 000 0 0810 70 000 0 0810 90 200 0 0810 90 750 3 0810 90 750 9 | Bu tələbin 7.1-ci bəndində qeyd edilmiş tələblərə uyğun olmalıdır. |