Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi fəaliyyət istiqamətlərinə müvafiq sahədə fəaliyyətin təşkilini, əlaqələndirilməsini və həyata keçirilməsini təmin etmək, müvafiq sahənin inkişafını təmin etmək, innovasiya yönümlü layihələri hazırlamaq, onları tətbiq və təşviq etmək, innovativ təşəbbüskarlığı dəstəkləmək və müvafiq sahədə elektron xidmətlərin göstərilməsini təşkil etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Fəaliyyət istiqamətləri sırasında müvafiq sahədə informasiya təhlükəsizliyini təmin etmək, müvafiq sahədə rəqəmsallaşma səviyyəsini müəyyənləşdirmək, idarəetmə proseslərinin rəqəmsal mühitə daşınması üzrə tədbirlər görmək, müvafiq sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə tədbirlər görmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək də əksini tapıb.